Bölgələrdəki aeroportlar özəlləşdirilə bilər
Lənkəranda hava limanı tikiləndə dedim ki, onun yerinə orada velosiped zavodu tikilsin, hər il Azərbaycana 100 minə qədər velosiped gətirilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zaman deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, budcədə özəlləşdirmədən gələcək gəlir 100 milyon manat məbləğində müəyyən olunub: “Bu məbləğ çox azdır, özəlləşdirməyə daha böyük diqqət ayırmaq lazımdır. Regionlarda tikilmiş hava limanları da özəlləşdirilməlidir. Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=55115