Beynəlxalq Bankın qanunsuz sədr müavini kimdir?

24.02.2016 - 11:24

bbMəlum olduğu kimi, fevralın 1-də Mərkəzi Bank pozuntulara görə “Texnikabank”ın lisenziyasını ləğv etmiş, fevralın 10-da isə məhkəmə onu müflis elan etmişdir. Həmin banka 2012-2015-ci illər ərzində rəhbərlik etmiş Ülvi Eldar oğlu Mansurov isə hazırda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavinidir. Halbuki, onun 3 il ərzində hər hansı bankın inzibatçısı (yəni idarə heyətinin üzvü və ya digər rəhbər vəzifə) olmağa hüququ yoxdur!

Belə ki, “Banklar haqqında” Qanunun 10.2.1-ci maddəsinə əsasən maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki 1 il ərzində bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçı 3 il ərzində başqa bankın inzibatçısı ola bilməz.

Bəs onda niyə Mansurov indiyədək vəzifəsindədir? Mərkəzi Bank hara baxır? Niyə qanunu tətbiq edərək sözügedən şəxsi vəzifədən azad etmir? Niyə imkan verir ki, bir bankı əhalinin əmanətləri ilə birlikdə batırmış şəxslər başqa banklarda da fəaliyyət göstərsin? Bu gedişlə bank sisteminə etimad necə bərpa olunsuz axı?!

Əkrəm Həsənov, bank işi üzrə ekspert

Short URL: http://www.cumhuriyyet.net/?p=55221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728