Elman Rüstəmovdan yeni devalvasiya açıqlaması

26.02.2016 - 10:55

elman rustemov“Azərbaycan manatının növbəti devalvasiyası gözlənilmir və gördüyünüz kimi, manatın möhkəmlənməsi prosesi gedir”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədi Elman Rüstəmov deyib.

E. Rüstəmov deyib ki, bu barədə yayılan şayiələrin əsası yoxdur:

“Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. “Üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya bağlı deyilənlərin heç bir əsası yoxdur”.

O bildirib ki, Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar gedir və Mərkəzi Bank bu quruma da pul ayıracaq:

“Düşünmürəm ki, ayrılacaq pulun həcmi uçot dərəcəsindən çox olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55623

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728