Daha bir bank müflis elan olundu

26.02.2016 - 12:37

ykbRəsmən daha bir bank – “United Credit Bank” ASC müflis elan edilib və banka ləğvedici təyin olunub. Ləğvedici 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə təyin edilib və dərhal icraya yönəldilib. Bankın kreditorları 2 ay ərzində tələblərini yazılı şəkildə verə bilər.

“United Credit Bank”ın lisenziyası AMB tərəfindən yanvarın 25-də bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln manat) əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi ilə bağlı ləğv edilib.

«United Credit Bank» ASC (nizamnamə kapitalı 22,11 mln manat) 1996-cı ildə yaradılıb (keçmiş «Rossiyskiy kredit». Bir neçə dəfə emissiya prospekti yerləşdirsə də, uğursuz olub.

Səhmdarları United Business Company (88,79%), Əli Mİrzəyev 8,24% və Ruslanbek Məhəmmədovdur – 2,97%. (“Turan”)

Short URL: http://www.cumhuriyyet.net/?p=55659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728