Neftin qiyməti 36 dollarlıq həddi keçdi
Dünya bazarında neftin bahalaşması prosesi gedir.
Lent.az “Bloomberg”-ə istinadən xəbər verir ki, uzun fasilədən sonra bu gün London birjasında “Brent” neftinin qiyməti 36 dollarlıq həddi keçib. Hazırda “Brent” neftinin bir bareli 36 dollardan baha satılır.
Bahalaşma WTI markalı neftin qiymətində də müşahidə edilir. ABŞ-ın dünya bazarına çıxardığı Qərbi Texas markalı xam neftin bir bareli uzun fasilədən sonra 34 dollara çatıb (33,90 dollar).
Short URL: http://www.cumhuriyyet.net/?p=55728