Ölkə növbəti devalvasiyanın astanasında – Bazarda dollara tələbat kəskin artıb

29.02.2016 - 10:28

valyutaMərkəzi Bankın rəhbəri Elman Rüstəmovun “devalvasiya olmayacaq, manat güclənir” bəyanatına baxmayaraq, Azərbaycan üçüncü devalvasiyanın astanasındadır. Ekspertlər hesab edir ki, Elman Rüstəmov yenə də cəmiyyəti aldatmaqla məşğuldur.

Onlar elə Mərkəzi Bank rəhbərinin öz açıqlamaları ilə devalvsiyanın artıq astanada olduğunu bildirirlər. “Bankların dollara tələbatı 4 dəfə artıb. Mərkəzi Bank bir neçə gün əvvəl 50 milyon dollar valyuta kütləsi satıb. Bu real tələbatın 20.6 faizidir. Real tələbat isə 243 milyon dollardır. Nəzərə alsaq ki, mart bayramlar ayıdır və bu ayda alış-veriş artır, o zaman tələbatın bir qədər də artacağını söyləmək olar. Digər tərəfdən faktiki olaraq devalvasiyanı yaradan səbəblər aradan qaldırılmayıb. Hökumət xaricə pul çıxarılmasının qarşısı idxalı məhdudlaşdırmaqla almağa çalışsa da, bu effekt verməyəcək.

Real islahatlar həyata keçirilməlidir. Bu isə baş vermir. Hələ 21 dekabr devalvasiyasından sonra manatın növbəti dəfə mart ayında ucuzlaşcağı barədə ehtimallar irəli sürülürdü. Bu da səbəbsiz deyil. 21 dekabr devalvasiyasından sonra Mərkəzi Bank 1 həftə ərzində bazara 750 milyon dollar kütləsi satmışdı. Göründüyü kimi bu proses indi də davam edir və bazarda dollara tələbat kəskin artır. Bu da növbəti devalvasiyanın qaçılmaz olduğunu şərtləndirir”, – deyə ekpertlər bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55800

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728