BP: “Şahdəniz 2” layihəsi üzrə işlər 66%-dən çox tamamlanıb

29.02.2016 - 15:57

bp“Şahdəniz Mərhələ 2” layihəsi 2015-ci ildə irəliləməyə davam edərək bir sıra əsas işlərin həyata keçməsinə nail olub. Hazırda layihə üzrə işlər – mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 66%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Bu barədə “BP-Azerbaijan” şirkətinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində – həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (“AMEK/Tekfen/Azfen”) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

“Ötən ilin IV rübündə Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Volqa-Don kanalı vasitəsilə Sinqapurdan Bakıya gətirilib. Bu seksiyaların çəkisi ümumilikdə 10 800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. Seksiyalar Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə birləşdiriləcək. Ümumi inşası bitdikdən sonra bu yeni gəmi “Şahdəniz 2″ sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək. Digər bir nailiyyət isə ilk iki sualtı fontan armaturunun sınaq işlərini bitirərək İngiltərənin Lids şəhərindən Bakıya çatdırılması olub”.

Qeyd edək ki, 2015-ci ilin sonunda Azərbaycanda artıq 20 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=55878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930