Neft Fondu öz gəlirləri və xərcləri haqda məlumat yaydı – HESABAT

01.03.2016 - 11:08

NEFT-FONDU2015-ci ildə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 7 721,1 milyon manat, büdcə xərcləri isə 9 187,7 milyon manat təşkil edib.

Bu barədə Fonddan bildirilib.

Ötən il ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat olub. Fond vəsaitlərinin idarə olunmasından 335,6 milyon manat gəlir, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına isə 23 milyon 217,8 min manat büdcədənkənar gəlir əldə edib.

Hesabat dövrü ərzində, ARDNF-in 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 61,5 milyon manat vəsait ayrılıb. 35,5 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılmışdır. 2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib. 2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=55988

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728