Azərbaycanda bu siqaretlər ucuzlaşdı – RƏSMİ
1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən dünyanın ən iri tütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın “Imperial Tobacco” şirkəti tütün məmulatlarının qiymətlərini azaldıb.
Şirkətin Azərbaycanda satılan brendlərindən “Davidoff”, “West”, “İmperial Classic”, “Prima”, P&S kimi tanınmış siqaret markalarının adını çəkmək olar.
“Imperial Tobacco “təmsil olunduğu ölkələrin makroiqtisadi göstəricilərinin dinamikasını yaxından izləyir, qiymət siyasətini və bütövlükdə işini bu dəyişikliklərə uyğun qurmağa çalışır. Məhz bu prinsipə əsaslanaraq, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda “İmperial Tobacco” məmulatlarının qiyməti mart ayının 1-dən azaldılır” – şirkətin məlumtında deyilir.
Şirkətə aid tütün məmulatlarının yeni pərakəndə satış qiymətləri belədir:
Davidoff – 3 AZN
WestCompact – 2 AZN
Imperial Classic, Slims və Imperial Classic Compact – 1.80 AZN
Classic King Size – 1.60 AZN
Prima Deluxe – 1.40 AZN
P&S – 2 AZN
Qeyd edək ki, “İmperial Tobacco” şirkəti Azərbaycanda 50%-ə yaxın payı ilə tütün bazarının lideri hesab olunur.(marja.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=56178