Dünya bazarında qızıl 2 dollardan çox ucuzlaşıb
Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 16 899,32 bəndədək, S&P 500 0,41% – 1 986,45 bəndədək, NASDAQ isə 0,29% – 4 703,42 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% – 6 147,06 bəndədək azalıb, Fransa CAC-40-ı 0,41% – 4 424,89 bəndədək artıb, Almaniya DAX-ı 0,61% – 9 776,62 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,20 dollar ucuzlaşaraq 1 239,60 dollara, gümüş isə 0,08 dollar azalaraq 14,95 dollara satılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=56351