Dollarla əmanət saxlayanlar üçün vacib XƏBƏR
“Əgər əmanətçi martın 1-ə qədər xarici valyuta ilə 12%-lə 10 000 dollar vəsait yerləşdiribsə bir il müddətinə, bu əmanətçinin əmanəti müddət bitənədək qorunur və sığortalanır”.
Publika.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.
O qeyd edib ki, əgər əmanətçinin yerləşdirdiyi əmanətinin manat ekvivalentində həddi 30 min manatı aşarsa, bu zaman həmin aşılan məbləğ sığortalanmır: “Qanundan iki maddə çıxarılıb. Köhnə qanunda göstərilirdi ki, əmanət kredit borcuna görə bloklanırdı və həmin əmanətlər qorunmayan əmanətə aid edilirdi. Lakin hazırki şərtlərə görə, sığorta hadisəsi baş verərsə, kredit borcu olan əmanətçilərin əmanətlərinin bir hissəsi vaxtı keçmiş kreditə yönəldiləcək, qalan hissəsi isə əmanətçiyə qaytarılacaq”.
O, həmçinin, qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilən bütün manat əmanətləri qorunacaq. Amma dollarla olan əmanətlərin faiz dərəcəsi 3%-dən çoxdursa, 30 min dollara qədər əmanətlər sığortalanacaq.
Məlum olub ki, martın 2-dən banklara yerləşdirilən, illik faiz dərəcəsi 3%-dən çox, xarici valyutada olan əmanətlər sığortalanmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=56463