“MB-ın səlahiyyətlərinin bir qisminin əlindən alınması ciddi hadisə deyil” – Ekspertdən şərh

03.03.2016 - 15:33

natiq-ceferliAzərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin bir qismi əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.

Qərarla bağlı Qaynar.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bunu böyük dəyişiklik kimi qeyd etmək mümkün deyil: “Söhbət bir maddəyə edilən dəyişiklikdən gedir. Bank təminatı olmayan çeklərin və yaxud qismən ödəniş şəklində olan çeklərin bildirişləri əvvəl Mərkəzi Banka göndərilirdi. Ancaq indi Mərkəzi Bank əvəzinə, Maliyyə Bazarına Nəzarət Palatası bu funksiyanı həyata keçirəcək. Bunu böyük dəyişiklik kimi qeyd etmək mümkün deyil. Əsas məsələ MB-nın səlahiyyətlərinin bir hissəsi ilk dəfədir ki, digər quruma verilir. Amma Azərbaycanda bank təminatı olmadığından, onların dövriyyəsi çox kiçik olduğundan və ümumiyyətlə bu tipli əməliyyatların az olduğunu nəzərə alaraq ciddi bir dəyişiklik kimi görmək olmaz”.

Natiq Cəfərlinin sözlərinə görə, bunu ilkin addım kimi qiymətləndirmək olar: “Ola bilsin ki, belə bir tendensiya yaransın. Gələcəkdə digər funksiyalarla bağlı və buna bənzər qərarlar verilsin. Bu baxımdan maraqlı bir qərardır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=56465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031