Dollar Azərbaycanda daha da bahalaşacaq

07.03.2016 - 12:07

dollar7Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsi ilə bu gün keçirilən növbəti valyuta hərracına 50 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxarıb. Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

“Report”un analitik qrupu qeyd edir ki, bu gün də hərracda kommersiya banklarının dollara olan faktiki tələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminən 300 mln. dollardır.

Buna görə də martın 9-na olan dolların minimal məzənnəsinin 1,6185 manat olacağı gözlənilir. Lakin məzənnənin 1,6200 AZN/USD həddini üstələyəcəyi də istisna edilmir. Buna səbəb isə banklararası valyuta sövdələşmələrində dolların alış-satış məzənnəsinin daha da yüksəlməsi ola bilər.

“Martın 9-na olan rəsmi məzənnə 1,6185 AZN/USD müəyyənləşərsə, artıq çərşənbə günü kommersiya bankları 4%-lik marjanı nəzərə almaqla nağd dolların satış məzənnəsini maksimum 1,6832 AZN/USD-yə kimi artıra bilər”, – deyə analitiklər bildiriblər.

Qeyd edək ki, bu gün Bakıda nağd dollar 1,6650 manat qiyməti ilə satılır və marja nəzərə alınmaqla satış məzənnəsi 1,6750 AZN/USD-yə kimi artırıla bilər.

Xatıqladaq ki, ötən həftənin cümə günü ARDNF hərracda 100 mln. dollar həcmində valyutanı satışa çıxarıb, kommersiya banklarının tələbatı isə təxminən 3 dəfə artıq, yəni 290 mln. dollar olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=56859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728