Azərbaycanın Neft Fondu 5 xarici şəhərdə bahalı mülklər alıb – SİYAHI

07.03.2016 - 18:22

ardnfDövlət Neft Fondunun (ARDNF) ötən il daşınmaz əmlaka və qızıla yatırdığı investisiya açıqlanıb.

ARDNF-dən verilən məlumatda bildirilib ki, Fond 2015-ci ildə LondonunWest End istiqamətində, Seynt Ceyms, 78 ünvanında yerləşən, dəyəri 217 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya” 16 ünvanında yerləşən və dəyəri 5,81 milyard Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı, 8 ünvanında yerləşən, dəyəri 165,46 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, Koreyanın Seul şəhərinin 203 Eurojiro2-ga, Jung-gu ünvanında yerləşən, dəyəri 491,975 milyard Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” daşınmaz əmlak kompleksinə, habelə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyərti 51,5 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya yatırıb.

Fondun daşınmaz əmlak komplekslərinə yatıdığı investisiyaların ümumi məbləği 1,5 milyard ABŞ dolları təşkil edib.

Eyni zamanda Fond tərəfindən alınmış qızılın ümumi miqdarı 30174,9 kq (970145,5 troya unsiyası), yaxud 1,04 milyard ABŞ dolları təşkil edib. Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56925

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728