Çində ixracat kəskin azalıb

08.03.2016 - 16:50

cin-yuanÇinin ixracı fevral ayında 25,4% azalaraq 2009-cu ildən etibarən ən minimal həddə enib. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, ixracla bərabər, Çinin idxalı da 13,8% azalıb və bu azalma ardıcıl 16 aydır davam edir.

Mərkəzi ofisi Londonda yerləşən “Capital Economics” biznes-konsaltinq şirkətinin baş iqtisadçısı Culian Evans-Priçarda görə, Çin ticarət dövriyyəsinin bu qədər sərt azalmasına səbəb ölkədə Yeni İl bayramının bir qədər gec, yəni 19 fevralda başlaması olub. Buna baxmayaraq, mövsümi amillər nəzərə alınmadan ixrac 17,8%, idxal isə 16,7% azalıb. Çinin islahatlar və inkişaf üzrə Dövlət Komitəsinin sədri Syuy Şaoşi açıqlanan göstəricilərə fikrini bildirərkən qeyd edib ki, idxal göstəricisi sadəcə pul ekvivalentində azalıb, bu da qlobal bazarlarda xammal qiymətlərinin ucuzlaşması səbəbindən baş verib. İdxal olunan malların həcmində isə hətta artım qeydə alınıb. Belə ki, 2015-ci ilin idxal rəqəmlərini təhlil edən sədr bildirib ki, il ərzində Çin tərəfindən neft idxalı 8,8%, dəmir 2,2%, gübrə 16,7%, qaz və kauçuk maddələr isə 15,3% artıb.

“Report”un analitik qrupu hesab edir ki, Çinin ixracının azalması bir müddətdən sonra idxalın da həcminin azalmasına gətirib çıxaracaq. Bu da Çin iqtisadiyyatının zəifləməsini sürətləndirəcək. Hazırda Çin ucuz xammal qiymətlərindən fürsət kimi istifadə edərək ehtiyatlarını artırır. Amma qlobal iqtisadi artımın yavaşlaması fonunda ticarət dövriyyəsi azalacaq və Çinin ixracı düşəcək. Çin iqtisadiyyatının zəifləməsi isə yuana təzyiqi artıracaq və ölkədən kapital axınını sürətləndirəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=57045

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728