Gürcüstan XİN: “Qazprom”dan əlavə qaz almağa ehtiyac yoxdur”

08.03.2016 - 17:23

mixael-canalidzeSOCAR ilə əldə olunmuş razılaşmadan sonra “Qazprom”dan əlavə qaz almağa ehtiyac qalmayıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin SOCAR-la danışıqların yekunu üzrə bəyanatında deyilir.

Nazir qeyd edib ki, Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar Gürcüstana məxsus infrastruktur vasitəsilə Rusiyadan Ermənistana təbii qaz nəqli şərtləri ilə bağlı aparılıb: “Bu qəbildən olan danışıqlar 2014-cü ildən etibarən hər il keçirilir. Eyni zamanda danışıqlara kəsiri qarşılamaq üçün əlavə təbii qaz həcmlərinin tədarükü imkanını daxil idi. SOCAR ilə imzalanmış saziş nəticəsində “Qazprom”dan əlavə qaz alışına ehtiyac qalmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57053

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728