Banklardan əhaliyə böyük kredit güzəşti

08.03.2016 - 17:37

kalkulyatorAzərbaycanda bəzi banklar müştərilərə dollarda olan kreditlərlə bağlı güzəştlər etməyə başlayıb.

Baku.vs-in məlumatına görə, güzəşt tətbiq edən banklardan biri ” Bank Respublika”dır. Bu bankda dollarla krediti olanlara unikal güzəşt təklif edilir. Müştəri dollarla götürdüyü kreditini manatla əvəz edə bilər. Yəni dollarla götürülən borc manatla ifadə olunaraq yeni müqavilə hazırlanır və borcunuz dollarla deyil, manatla hesablanmağa başlayır.

Dollar krediti olanlara güzəşt edən banklar arasında “Bank of Baku” da var. Bu bank dollarla götürülən krediti birdəfəlik ödəmək istəyən müştələrə ödənişi 1,35 məzənnəsi ilə həyata keçirməyi təklif edib. Bank həmçinin gecikməyə görə hesablanmış cərimə faizlərini də silib.

Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov bir müddət öncə əhalinin dollarda olan kreditləri ilə bağlı məsələyə münasibət bildirərkən bankların əhaliyə güzəşt etməsini məqsədə uyğun olduğunu bildirmişdi. Nazir hesab edirdi ki, banklar faizləri azaltmalı, ödəniş müddətini uzatmalıdır. S.Şərifov bu məsələdə Mərkəzi Bankın da banklara güzəşt edə biləcəyini vurğulamışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=57057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728