Dollar sabah 1,70-ə qədər bahalaşacaq

09.03.2016 - 11:36

manatAzərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsi ilə martın 9-da keçiriləcək növbəti hərraca 50 mln. ABŞ dolları həcmində valyuta kütləsini satışa çıxaracaq. Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

“Report”un analitik qrupu qeyd edir ki, kommersiya banklarının cari tələbatının əvvəlki səviyyədə qalacağı və təklifi üstələcəyi təqdirdə, martın 10-na dolların rəsmi məzənnəsinin minimum 1,6309 AZN/USD olacağı gözlənilir: “Lakin məzənnənin proqnozlaşdırılan səviyyəni də üstələyəcəyi istisna edilmir və bu, banklararası əqdlərin olub-olmaması və bu seqmentdəki balansdan asılı olacaq”.

“Sabah dolların məzənnəsi ən azı 1,6309 manat müəyyən edilərsə, marja nəzərə alınmaqla kommersiya banklarında ABŞ valyutasının satış məzənnəsi maksimum 1,6961 AZN/USD-yə kimi artırıla bilər”, – deyə analitiklər qeyd ediblər.

Qeyd edək ki, bu gün Bakıda nağd dollar 1,6700 manat qiyməti ilə satılır, lakin marja nəzərə alınmaqla maksimal satış məzənnə 1,6877 AZN/USD-yə kimi artırıla bilər.

Xatırladaq ki, martın 7-də ARDNF hərracda 50 mln. dollar həcmində valyutanı satışa çıxarıb və kommersiya bankları bu məbləğin 49,7 mln. dollarını alıb. Nəticədə, bu günə rəsmi məzənnə 1,6228 AZN/USD səviyyəsində müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57154

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728