Azərbaycan Gürcüstan YDM-lərində satılan qazın qiymətini ucuzlaşdırdı

09.03.2016 - 12:49

qazAzərbaycan və Gürcüstan bu ölkədə avtomobil yanacaqdoldurma məntəqələrinin sahibləri üçün qazın qiymətinin ucuzlaşdırılması barədə razılığa gəlib.

Bu barədə Trend öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, qazın YDM üçün kommersiya qiyməti 35-40 dollar ucuzlaşdırılıb.

“Bu, dünya reallığıdır. Qiymətlər çox yüksək idi. Neftin qiyməti ucuzlaşdığı andan, qazın qiyməti nəzərdən keçirilmirdi. İndi bu labüdlük yaranıb, çünki enerji daşıyıcısını kotirovka olunduğu qiymətdən baha və ya ucuz satmaq olmaz.

Söhbət ümumi kommersiya bazarından deyil, AYS sahibləri üçün qaz satışından gedir. Qaz doldurma stansiyalarının sahibləri qazı əvvəlki qiymətlərdən 35-40 dollar ucuz əldə edəcəklər”, – mənbə bildirib.

Agentliyin həmsöhbəti yeni qiyməti kommersiya sirrinə istinad edərək açıqlamaqdan imtina edib.

Xatırladaq ki, SOCAR martın 4-də Tbilisidə Gürcüstan hökuməti ilə ildə 463 milyon kubmetr həcmində əlavə qazın tədarükü haqqında saziş imzalayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=57178

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728