Maaşlarla bağlı gözlənilən qərar verildi

10.03.2016 - 10:27

manatNazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərar verib.

Cümhuriyyət.az azvision.az-a itsinadən xəbər verir ki, qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları yeni Vahid Tarif Cədvəli ilə tənzimlənəcək.

Bununla əlaqədar Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli qərarı ləğv edilib. Yeni qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minib.

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 116 , 121, 126, 132, 138, 144, 151, 158, 165, 172, 179, 187, 196, 201, 228, 267, 360, 486, 750 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 145, 152, 159, 166, 173, 180, 188, 196, 206, 218, 230, 242, 254, 278, 304, 352, 450, 576, 795 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728