“Fitch” Azərbaycanın 3 bankının reytinqini təsdiq etdi

10.03.2016 - 11:03

fitch“Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Pasha Bank” ASC-nin uzunmüddətli emitentin defolt reytinqini (İDRs) müvafiq olaraq “BB” və “BB-” səviyyəsində təsdiq edib. Bununla yanaşı, Agentlik “Accessbank”in üzunmmüddətli emitentin defolt reytinqi isə “BBB-“dan “BB+”a endirilib.

“Fitch” hər üç bankın reytinqi üzrə proqnozu “neqativ” olaraq açıqlayıb. Agentlik adı çəkilən bankların reytinq dərəcəsini Azərbaycanın suveren reytinqini əsas tutaraq qiymətləndirdiyini bildirib. Qeyd edək ki, “Fitch” 2016-cı il fevralın 26-da Azərbaycanın suveren reytinqini “BB+” endirib.

ABB-nin reytinqinin “BB” səviyyəsində təsdiq edilməsi hökümətin banka lazımi dəstəyin göstərilməsini əks etdirir. Belə ki, hökümət ABB-yə 3 mlrd. manat maliyyə yardımı 2016-cı ilin yanvarında başa çatıb.

Səhmdarların isə nizamnamə kapitalını 500 mln. manat artırmağı planlaşdırdığı bildirilib və bundan sonra Maliyyə Nazirliyinin bankdakı payı 51,1%-dən 80%-dək yüksələcəyi ehtimal edilir.

“Accessbank”ın reytinqinin “BBB-“dan “BB+”a, dəstək reytinqinin isə “2”dən “3”ə azaldılmasını Agentlik Azərbaycanın suveren reytinqinə uyğunlaşdırdığını, Bankın valyuta risklərinin artdığını, beynəlxalq maliyyə institutları tərəfindən dəstəyin nə dərəcədə veriləcəyi əsasında Bankın gələcək reytinqinin formalaşacağını qeyd edib.

“Pasha Bank”ın kredit reytinqini “BB-” səviyyəsində təsdiq edən “Fitch” bildirib ki, Bank sistem əhəmiyyətli və “Kapital Bank” ASC ilə yaxın əlaqələrdə olduğu üçün hökümət tərəfindən dəstəklənməsi ehtimal edilir. Bankın 2015-ci ilin ilk yarısının yekunlarına görə ölkə üzrə məcmu bank depozitlərinin 8,1%-nə, kreditlərin isə 3,2%-nə sahib olduğu qeyd edilib.(“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=57283

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728