Mərkəzi Bank faizləri saldı: ucuzlaşma başladı
Avropa Mərkəzi Bankı (AMB) bugünkü toplantısında borcvermə faizini 0,5%-dən 0%-ə salıb.
Publika.az xəbər verir ki, AMB depozit faizini də endirib. Gözlənildiyi kimi, depozit faizi mənfi 0,3%-dən mənfi 0,4%-ə salınıb.
Bank aylıq aktiv alışı məbləğini də 80 milyard avroya çatdırıb.
Qeyd edək ki, qərardan dərhal sonra dollar, avro və qızıl sürətlə ucuzlaşmağa başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=57369