Dolların kəskin ucuzlaşacağı xəbərinə MB-dən – Reaksiya

11.03.2016 - 10:46
mbAzərbaycanda dolların guya kəskin ucuzlaşacağı barədə sosial şəbəkələrdə yayılan məlumat və guya Azərbaycan Mərkəzi Bankı tərəfindən kommersiya banklarına göndərilmiş məktubun şəkili saxtadır. Bu barədə AMB-nin açıqlamasında bildirilir. Fins.az həmin açıqlamanı olduğu kimi təqdim edir.
Mərkəzi Bankın mətbuat xidmətinin məlumatı:
Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.

– See more at: http://xeberle.com/az/view/19839/dollar-12833-manat-olacaq-merkezi-bankin-aiqlamasi/?#sthash.GKBFsXQT.u5SyvzaZ.dpuf

Short URL: http://www.cumhuriyyet.net/?p=57416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728