Mərkəzi Bank bu gün dolların məzənnəsini azaldacaq

11.03.2016 - 13:51

dollarAzərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında Azərbaycan Dovlət Neft Fondu tərəfindən satışa çıxarılan 200 mln. ABŞ dolları həcmində valyuta kütləsinə kommersiya bankların faktiki tələbatı 34% səviyyəsində – 68 mln. dollar olub.

“Report” xəbər verir ki, hərracda alqı-satqı sövdələşmələri 1,6410-1,6420 AZN/USD məzənnə diapazonunda aparılıb. Nəticədə, banklar hərracda 68 mln. dollar alıb ki, bu da əvvəlki hərraclarla müqayisədə tələbatın 3-4 dəfə azaldığını göstərir.

“Report”un analitik qrupu hesab edir ki, bununla əlaqədar AMB-nin dolların martın 14-nə rəsmi məzənnəsini 0,2%-ə yaxın azaldacağı və 1,6410-1,6420 AZN/USD səviyyəsində müəyyənləşdirəcəyi ehtimal edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57462

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728