ABŞ 100 dolları dövriyyədən çıxarır

11.03.2016 - 16:27

dollar5Harvard Universitetinin professoru, Ağ Evin Milli İqtisadiyyat Şurasının keçmiş sədri Çarlz Eliot bildirir ki, ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers ölkənin Federal Ehtiyat Sisteminin (FES) yeni sədri olacaq və 100 dollarlıq əsginasları nağd dövriyyədən çıxaracaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Azad mətbuat” internet qəzeti yazıb.

“Bu həqiqətdir. 100 dollarlıq əsginaslardan ibarət milyon dollar kassalara asanlıqla yerləşə bilir. Bu isə qeyri-qanuni əməllərə imkan verir. ABŞ Bencamindən (100 dollarlıq əsginasın üstündə Bencamin Franklinin şəkli var – red.) imtina etsəydi, dünya gözəl olardı”, – Çarlz Eliot bildirib.

Məlumata görə, ABŞ bu məsələdə ötən il Fransanın tətbiq etdiyi təcrübədən yararlanmaq istəyir. Ötən il Fransada nağd hesablaşmalar 3000 avrodan 1000 avroya salınıb.

Artıq ABŞ Ədliyyə Nazirliyi banklardan 5000 dollar pul çıxarmaq istəyən şəxslərin polisə ifadə verməsini istəyib.

Larri Sammers gələcəkdə 50 dollarlıq əsginasların da nağd dövriyyədən çıxarılmasını təklif edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57502

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728