“Pegasus” Qəbələdən uçmaq istəyənlər üçün Bakıda iki dayanacaq açır

16.03.2016 - 14:17

pegasusTürkiyənin aşağıbüdcəli “Pegasus” aviaşirkəti Bakıda avtobus xidmətinə başlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, artıq yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etmək mümkündür.

Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq “28 May” və “20 Yanvar” metro stansiyaları müəyyən edilib.

Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib.

“28 May” metro stansiyasından çıxış 21:30, “20 Yanvar” metro stansiyasından çıxış 22:00, habelə “Qəbələ” hava limanından Bakıya çıxış 04:30-da və “Qəbələ” hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək.

Qeyd edək ki, bu istiqamətə qiymət agentliklərdən alınarkən 15 AZN (tək gediş), 19 AZN (gediş-gəliş), onlayn bilet alınarkən isə 19 AZN təşkil edir (tək gediş).

Short URL: http://www.cumhuriyyet.net/?p=57933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31