MB-dən manatı gücləndirmək üçün addım

17.03.2016 - 10:45

mbSon vaxtlar milli valyutaya olan etimadı daha da gücləndirmək və bununla dayanıqlı makroiqtisadi sabitliyə dəstək vermək istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra qərarlar qəbul edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 3 mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilən öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilib.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilən öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılıb.

Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=58011

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31