Banklar dollar kreditləri üçün bu üsulları təklif edirlər – VİDEO

17.03.2016 - 10:54

dollar12Banklar dollarda olan kredit borclarının qaytarılması üçün müxtəlif üsullara əl atır.

Cümhuriyyət.az xezerxeber-ə istinadən xəbər verir ki, bəzi kreditlərin müddəti uzadılır, bəzilərinin illik faizləri azaldılır.

Bir sıra banklar isə əsas borcun ödəniləcəyi təqdirdə, əlavə faizin tələb olunmayacağı ilə bağlı vəd verir.

Bəs bu razılaşma müştərilərin xeyrinədir, yoxsa ziyanına?

Dollarda olan kredit borcunu qaytarmaqda çətinlik çəkən müştərilərdən yalnız əsas məbləğin ödənilməsi tələb olunur. Vətəndaşlar bunu faizlərin silinməsi kimi yox, dondurulması kimi qəbul etməlidirlər.

Ancaq bank vədinə əməl etməyib, faizi hesablaya da bilər. Bunun qarşısını almaq üçün müştəri hər ay ödənişdən əvvəl və sonra hesabdan çıxarış tələb etməlidir.

Bəs kredit müqaviləsinin vaxtı bitərsə, dondurulmuş faizlərin ödənilməsi tələb oluna bilərmi?

Short URL: http://www.cumhuriyyet.net/?p=58015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31