Bu gün dollar bir az da ucuzlaşacaq
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Cümhuriyyət.az Fonddan verilən məlumata əsasən xəbər verir ki, bu vəsaitdən 34,3 milyon ABŞ dolları məbləğində vəsait 2 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ötən hərracların təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bugünkü hərracda təklif tələbi xeyli üstələdiyindən, dolların rəsmi məzənnəsində azalma gözləmək olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=58194