Azərbaycanda avtomobil bazarı tam çökdü – rəsmi statistka

23.03.2016 - 01:26

rrİki ay ərzində Azərbaycana 821 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Müqayisə edilən dövrdə idxal 9 dəfə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, xaricdən 737 ədəd minik avtomobili alınıb. Ötən il iki ay ərzində xaricdən rəsmi nümayəndələr və fərdi şəxslər tərəfindən 7031 minik avtomobili gətirilib.
Həm ilkin, həm də təkrar avtomobil bazarı 2013-cü ildən böhran içindədir. Təkcə idxalın həcmi deyil, həm də alqı-satqı üzrə əməliyyatların həcmi azalıb. Mütəxəssislər qeyd edirlər ki, bu, birbaşa bank böhranının və əhalinin gəlirlərinin aşağı düşməsinin nəticəsidir.
Uzun illər banklar avtomobil kreditlərini maliyyələşdirib və faiz dərəcələri illik 10%-dən 18%-dək təşkil edib. Kreditləşmə əsasən ABŞ dolları ilə həyata keçirilib.
2015-ci ilin yanvarında Azərbaycanda avtonəqliyyat vasitələrinin idxalı üzrə aksiz dərəcələri də artırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58414

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31