Azərbaycan nefti yenə ucuzlaşdı
Hazırda dünya bazarında Brent neftinin bir barelinin qiymətində 0,02% bahalaşma var. Bu markalı neft 40,44 dollara satılır.
WTI markalı neftin qiymətində isə ciddi dəyişiklik yoxdur. Belə ki, WTI-nin bir barreli 39,59 dollardan təklif edilir.
Dünən isə Brent 39,86, WTI nefti 39,12 dollardan satılırdı.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiymətinə gəlincə, virtualaz.org bildirir ki, onun bir barelinin qiyməti 0,95 dollar, yaxud 2,25% ucuzlaşıb və 41,19 dollara bərabər olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=58749