Azərbaycan iqtisadiyyatına 20 milyard investisiya qoyulacaq
2016-cı ildə ölkə iqtisadiyyatına 19,9 milyard manat investisiyanın yönəldiləcəyi proqnozlaşdırılır.
Cümhuriyyət.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 34,8 faiz, xarici investisiyların payı isə 65,2 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 40,3 faizinin qeyri neft sektoruna yönəldilməsi proqnozlaşdırılır ki, bu da həmin sektorun inkişafına xidmət edəcək. 2016-cı ildə dövlət investisiyaları 6,5 milyard manat olmaqla ümumi investisiyaların 32,7 faizini təşkil edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=58757