3 banka cəmi 500 min dollar satıldı – HƏRRAC KEÇİRİLDİ
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Cümhuriyyət.az Fondun məlumatına istinadən xəbər verir ki, bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=58973