Manat kəskin bahalaşacaq – Ekspert

30.03.2016 - 15:47

samir-eliyevYaxın 1-2 həftədə manatın mövqeyi dollara nisbətdə güclənəcək.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. O bildirib ki, neftin qiymətinin sabitləşməsi və FES rəhbərinin uçot dərəcəsinin ehtiyatla qaldırılması barədə açıqlaması dünyada dolların möhkəmlənməsini ertələyib:

“Dolların əsas valyutalara münasibətdə ucuzlaşması manata xarici təzyiqi azaldır. Digər tərəfdən, Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Eyni zamanda, vergi ödənişi dövrü yaxınlaşdığından iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac yaranıb. Bu isə manatın mövqeyini daha da gücləndirir. Bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın mövqeyi güclənəcək. Hətta dolların 1,55 manat psixoloji həddən aşağı düşməsi istisna edilmir. Ola bilsin, manatın dollara olan rəsmi məzənnəsi 1,50-ə bərabər olsun”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31