Azərbaycanda dollar kəskin ucuzlaşacaq

31.03.2016 - 14:47

dollarAzərbaycanda ABŞ dollarının sabah, aprelin 1-i üçün rəsmi məzənnəsinin 1,52 AZN/USD səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır.

“Report”un analitik qrupunun müşahidələri göstərir ki, son günlər Mərkəzi Bankın (AMB) axsam saatlarında sabahkı günün üçün ictimaiyyətə açıqladığı dolların məzənnəsi adətən cari günün səhər saatlarında kommersiya banklarının satış məzənnəsinə yaxın olur.

“Qeyd edək ki, burada daha aktiv valyuta ticarəti aparan kommersiya bankları, əsasən “Zaminbank” ASC-nin satış göstəricisi nəzərdə tutulur. Hazırda bu bankda dolların satışı 1,5220 AZN/USD-yə bərabərdir. Böyük ehtimalla sabah, aprelin 1-nə rəsmi məzənnə də bu rəqəmə yaxın olacaq”, – deyə analitiklər qeyd edir.
“Report”un ekspertləri gələn həftənin ilk günü, aprelin 4-də rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsində olacağını, kommersiya banklarının valyutadəyişmə şöbələrində isə dolların 1,49 AZN/USD ətrafında alınıb-satılacağını ehtimal edir.

“Dolların zəifləməsi prosesi önümüzdəki həftə də davam edərək 1,45 AZN/USD-yə qədər düşəcəyi istisna edilmir. AMB-nin məzənnənin 1,40 AZN/USD səviyyəsinə düşəcəyi təqdirdə müntəzəm keçirdiyi hərracların sayını 3-dən 2-yə və ya hətta 1-ə salması mümkündür. Dollarda daha sərt enmə olarsa, AMB-nin manat intervensiyasına başlaması mümkündür”, – deyə analitiklər vurğulayıblar.

Qeyd edək ki, yay aylarında Azərbaycana gələn turistlərin sayının artması və “Formula-1” yarışının izləyicilərinin ölkəyə gəlməsi nağd dolların bazardakı təklifini yüksəldəcək, bu isə öz növbəsində manatın möhkəmlənməsinə əlavə stimul verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=59436

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31