Natiq Əliyev: “Bu il neftin qiyməti 60 dolları keçməyəcək”

23.05.2016 - 12:31

natiq-aliyevDünya bazarında neftin qiyməti bu il ərzində 60 dollar/barel həddini keçməyəcək.

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev ANS-ə müsahibəsində bildirib.

“Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək”, – deyə N.Əliyev qeyd edib.

Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir.

N.Əliyev 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=64805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728