BVF: Azərbaycan pul siyasətini sərtləşdirməlidir

03.06.2016 - 16:19

bvfBeynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlətinə pul siyasətini sərtləşdirməyi tövsiyə edib. Bu barədə BVF-nin yaydığı bəyanatda qeyd olunub.

Sənədə əsasən, Fond ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir.

Həmçinin, BVF Azərbaycanın iqtisadi siyasət prioritetlərinə çoxillik büdcə konsolidasiyası planının hazırlanması və əvvəlcədən elan edilməsi, qaydalara əsaslanan fiskal çərçivənin tətbiqi və daha geniş məzənnə çevikliyinə yol açmaq üçün pul və məzənnə siyasəti çərçivələrinin gücləndirilməsini məsləhət görür.

Bununla yanaşı, Azərbaycanda sabit makroiqtrisadi mühitin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanır. Belə ki, Azərbaycan genişhəcmli ehtiyatlara malik olsa da, ehtiyatların narahatlıq yaratmayan səviyyədə saxlanılması üçün əlavə tədbirlər görməlidir. BVF rəsmi orqanların səmərəsiz dövlət xərclərinin azaldılması və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması hesabına 2017-ci ildə büdcənin konsolidasiyası yoluna qayıtmaq zərurəti ilə razılaşdığını da qeyd edib.

“Report”un analitik qrupu hesab edir ki, bu açıqlamalar Azərbaycanda faiz dərəcələrinin artırılması və rəsmi valyuta məzənnəsinin daha geniş diapazonda hərəkət etməsi mənasına gəlir. Faiz dərəcələrinin artmasının manata keçidi sürətləndirəcəyi, məzənnə siyasətində çevikliyin isə əhali və investorların xarici valyuta ehtiyatlarına marağını azaldacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66112

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728