Dollar kreditləri ilə bağlı prezidentə məruzə olunacaq

06.06.2016 - 16:17

vahid“Hazırda 10 min dollara qədər olan kreditlərə güzəştin tətbiq edilməsi ilə bağlı danışıqlar davam edir.

Danışıqlar həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Prezidentin iqtisadi məsələlər üzrə köməkçi ilə aparılır”. Bu barədə millət vəkili Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, dollar kreditlərinə güzəştlə bağlı təkliflər prezidentə məruzə olunacaq.

“Hazırda bu məsələyə baxılır. Yəqin ki, tez bir zamanda müəyyən qərar veriləcək”.

Qeyd edək ki, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli aprel ayının 29-da birlikdə hazırladıqları təkliflər paketini 3 ünvana – Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndəriblər. (azvision)

Short URL: http://www.cumhuriyyet.net/?p=66267

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728