Ev alanların diqqətinə: İlin sonuna kimi

12.06.2016 - 21:19

evBakının daşınmaz əmlak bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11 faiz azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir: “İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04 faiz [dollarda qiymətlər 0,51 faiz artıb] azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23 faiz [dollarla 1,77 faiz artıb] artıb”.

N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18 faiz, dollarda isə 1,72 faiz artıb. Ən böyük azalma kommersiya obyektləri bazarında olub – qiymətlər manatda 2,15 faiz, dollarda isə 1,62 faiz azalıb.

Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq: “Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə üç faiz ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha iki faiz artacağı istisna olunmur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=66835

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31