ABŞ-dan bütün dünyanın gözlədiyi dollar qərarı verildi

16.06.2016 - 10:41

dollar3Federal Ehtiyatlar Sistemi istisna etmir ki, uçot dərəcəsi bir müddət dəyişməz olaraq 0,25-0,5% səviyyəsində qalacaq.


APA-Economicsin məlumatına görə, bu barədə təşkilatın iyun iclasının yekunlarına dair xəbərində deyilir.
“Gözlənildiyinə görə, iqtisadi şərait uçot dərəcəsinin yalnız tədricən artırılmasına əsas verəcək. Ümumilikdə, uçot dərəcəsində dəyişiklik iqtisadi perspektivlərdən asılı olacaq”, FES-in məlumatında qeyd olunur.
FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.
Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclasın yekununda uçot dərəcəsinin dəyişməməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.
FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib.
İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.
Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31