Maliyyə Nazirliyi yeni istiqraz emissiyasına hazırlaşır
Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yeni emissiyasının prospektini dövlət qeydiyyatına alıb.
Palatadan verilən məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 4 mln. ədəd istiqrazdan gedir. Emissiyanın nominal üzrə ümumi həcmi 400 mln. manat təşkil edir.
Qiymətli kağızların yerləşdirilməsi Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=67498