Türkiyə Mərkəzi Bankı faiz dəhlizini daraldıb
Türkiyə Mərkəzi Bankı (TMB) faiz dəhlizinin yuxarı həddini bu gündən etibarən 0,5 bənd endirərək 9%-ə salıb.
“Report” xəbər verir ki, TMB özünün borclanma dərəcəsini 7,25%-də, uçot dərəcəsi kimi qəbul edilən 1-həftəlik repo dərəcəsini isə 7,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, Türkiyənin maliyyə bazarları da TMB-dən bu qərarın veriləcəyini gözləyirdi. Bununla da, TMB faiz dəhlizini tarixi dar çərçivəyə salıb.
TMB-nin qərarı Türkiyənin fond bazarına müsbət təsir edib. Qərardan sonra BİST-100 indeksi 0,7% yüksələrək 78 000 həddini keçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=67771