ABŞ Britaniyaya görə bir gündə 900 milyard dollar itirdi – “BREXİT BÖHRANI”

27.06.2016 - 13:41

dollarABŞ fond birjalarının iyunun 24-də “Brexit” referendumunun neqativ nəticələnməsi ilə 3,5-4% azalması ölkə iqtisadiyyatına 800-900 mlrd. dollar zərər vurub.

“Report” bildirir ki, bu barədə ABŞ-ın “High Frequency Economics” investisiya xidmətləri şirkətinin baş iqtisadçısı Cim O’Sallivan “AA” agentliyinə açıqlamasında deyib.

Baş iqtisadçıya görə, ABŞ fond birjalarının məcmu kapitallaşmasının bazar dəyəri 23 trln. dollara bərabərdir və iyunun 24-də 3,5-4% azalma ölkə iqtisadiyyatının bir gündə 900 mlrd. dollaradək itirməsinə səbəb olub.

“Hazırda qlobal maliyyə bazarları “Brexit” qərarını həzm etməyə çalışır. Maliyyə bazarlarında yaşanan dalğalanmalar ABŞ iqtisadiyyatına mənfi təsir edə bilər. Nyu-York Fond Birjası və ABŞ dollarındakı sərt dalğalanmaların iqtisadi artım tempinə zərər verə biləcəyi qeyd olunub.

Hazırda bu dalğalanmaların “Brexit”ə gələcəkdəki sərt reasksiyanın başlanğıcı olub-olmadığı əsas diqqət çəkən məsələyə çevrilib. Risksiz aktivlərə yönələn investorların fond birjalarına mənfi təsirinin ölçülərinin nə qədər olacağını proqnozlaşdırmaq çətinləşib”, – deyə C.O’Sallivan vurğulayıb.

Onun sözlərinə görə, qlobal maliyyə bazarlarında bundan sonra kredit şərtləri sərtləşəcəyindən Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərarını ertələyəcək. Ekspert “Brexit”in nəticələrinin ABŞ əmək bazarına təsir etməyəcəyini, işsizliyin getdikcə azalmağa davam edəcəyini, maaşların və inflyasiyanın artacağını, uçot dərəcəsinin isə sentyabrda artırılacağını proqnozlaşdırır.

İsveçrənin UBS bankının ABŞ bölməsinin baş iqtisadçısı Mauri Harris isə FES-in bu il bir dəfə (dekabrda) uçot dərəcəsini artıra biləcəyini ehtimal edir. O, FES-in “Brexit” nəticələrini təhlil etmək üçün zamana ehtiyacı olduğunu qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31