Avro tədricən ucuzlaşır

27.06.2016 - 17:09

avro“Brexit” referendumunun mənfi nəticələri vahid Avropa valyutasına da təsirsiz ötüşməyib və iyunun 24-də zəifləməyə başlayan avronun məzənnəsi artıq 1,10 dollardan da aşağı enib.

“Report” xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasını dəstəkləyənlərin üstünlük təşkil etməsi ilə bitən referendumdan sonra 1,1434 USD/EUR səviyyəsinə qədər yüksələn məzənnə 4,6% azalaraq 1,0909 USD/EUR-a qədər enib. Lakin sərt azalmadan sonra məzənnə bir qədər sabitləşib və günü 1,1117 USD/EUR-da bitirib. Hazırda isə məzənnə 1,0980 USD/EUR səviyyəsinə kimi enib. Saytın analitik qrupu azalmanın yaxın günlərdə daha da sürətlənəcəyini və 1,04 USD/EUR-a çatacağını ehtimal edir.

Funt sterlinqin məzənnəsi də iyunun 27-də azalmanı davam etdirib və “Brexit” referendumu günü olan minimal səviyyədən də aşağı düşüb. Belə ki, iyunun 24-də referendumdan sonra 1,3224 USD/GBP-yə qədər geriləyən məzənnə hazırda 1,3150 USD/GBP-yə bərabərdir. Xatırladaq ki, 1,3224 USD/GBP – son 21 ilin ən minimal həddi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=68235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31