Neft kəskin ucuzlaşa bilər

28.06.2016 - 17:14

neft2Neftin qiymətləri “Brexit” referendumunun nəticlərinin açıqlanmasından sonra azalma tendensiyasını Norveç və İrandan gələn xəbərlərlə bitirərək yüksəlişə başlayıb.

Son iki iş günündə 6,7% azalaraq 47,30 dollar/barelə çatan “Brent” markalı neftin qiyməti hazırda bu səviyyədən 2,3% yüksəkdir.

Neftin qiymətinin yüksəlməsinə səbəb Norveçdə 7 neft-qaz yatağında fəhlələrin tətil keçirmək istəməsi olub. Tətilə səbəb əmək haqqının artırılması ilə bağlı tələb olduğu bildirilir. Tətilin başlanması iyulun 2-nə planlaşdırılsa da, iyunun 30-u və iyulun 1-də danışıqların baş tutacağı gözlənilir.

Xatırladaq ki, əgər tərəflər əmək haqqı ilə bağlı problemin həllində razılığa gəlməsə, tətil nəticəsində neft hasilatının azalacağı ehtimal edilir. “Reuters” agentliyindən verilən məlumata əsasən, tətil keçirilməsi planlaşdırılan yataqlarda Norveçin neft hasilatının 18%-i, qaz hasilatının isə 17%-i həyata keçirilir.

“Bloomberg” agentliyinin verdiyi məlumata əsasən, 2016-cı ilin aprel-may aylarında gündəlik 2 mln. barel neft hasil edən İran, iyunun 1-20-də hasilat 20% azalma göstərib. Ölkəyə tətbiq edilən sanksiyaların ləğv edilməsindən sonra Avropa ölkələrinə neft ixracını gündəlik 350 min barel/günə qədər yüksəldən İranın iyunun 1-20-də ixracı 18,6% azalaraq gündəlik 285 min barelə enib. Agentlik hesab edir ki, neft bazarından əldə olunan son məlumatlar neftə tələbatın azaldığını göstərir. Əgər neft hasilatı da öz növbəsində azaldılmasa, təklifin tələbi üstələməsi neft qiymətlərini kəskin şəkildə aşağı salacaq.

Report.az

Short URL: http://www.cumhuriyyet.net/?p=68338

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31