Manatın kursunun saxlanılmasına 12 milyard dollar gedib – RƏSMİ

29.06.2016 - 15:53

dollar52015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) strateji valyuta ehtiyatları 38 mlrd. 590,8 mln. dollar səviyyəsində olub.

APA xəbər verir ki, il ərzində strateji valyuta ehtiyatlarında 12 mlrd. 271,6 mln. dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. “Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub”, – deyə hesabatda bildirilir.

Ehtiyatların 87%-i və ya 33,57 mlrd. dolları ARDNF-nin, qalan 13%-i və ya 5,03 mlrd. dolları AMB-nin vəsaitlərinin payına düşüb.

Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 mlrd. dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31