SOCAR Türkiyə və Koreya banklarından iri kredit cəlb edib

01.07.2016 - 17:13

socarSOCAR bu il ərzində Türkiyə və Koreyanın “Eximbank”larından (Export-İmport və ya İdxal-İxrac bankları) kredit cəlb edib.

“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2016-cı ilin mart və may aylarında SOCAR Türkiyəyə məxsus “Eximbank”dan müvafiq olaraq 48 mln. manat və ya 30 mln. dollar, eləcə də 93 mln. manat və ya 62 mln. dollar məbləğində yeni kreditlər alıb.

Bundan başqa, bu ilin yanvarın 22-də dövlət şirkəti Koreyaya məxsus “Eximbank”dan 122 mln. manat və ya 70 mln. avro məbləğində yeni kredit alıb.

Bununla da, SOCAR Türkiyə və Koreya banklarından müvafiq olaraq 92 mln. dollar və 70 mln. avro məbləğində kredit cəlb edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68743

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31