Təhsil haqlarından əlavə 5 milyon manat toplanacaq

24.08.2016 - 10:47

tehsilBu il təhsil haqları 25 faiz artırılıb. Beləliklə də, bu il təhsil haqlarına görə 5 milyon manatdan çox əlavə vəsait toplanacaq. Bəs bu artım müəllimlərin əməkhaqqına təsir edəcəkmi?

Artıq ali məktəblərə qəbul olunanlar tələbə adlarını rəsmiləşdirmək üçün qazandıqları universitetlərdə qeydiyyatdan keçirlər. İldən-ilə ali təhsil sistemində plan yerləri üzrə dövlət sifarişinin azalması və ödənişli əsaslarla təhsil xidmətinin artması hazırda təhsil alan tələbənin olduğu ailələrdə əlavə maliyyə öhdəliyi yaradır. Yeni qəbul olunan tələbələrin 1-ci təhsil ili üçün ödəniş haqqını tam şəkildə ödəməsi təhsil kreditlərinin mövcud olmadığı üçün ailə büdcəsi hesabına ödəniləcək.

Virtualaz.org saytı xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu təhsil haqlarından gələn gəlirdən danışıb. “2016-cı ilin büdcəsində artımla proqnozlaşdırılan azsaylı mədaxil mənbələrindən biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalardır. Ötən il bu mənbədən 300 milyon manat vəsait proznozlaşdırılmışdı. Bu il ərzində həmin mənbədən əvvəlki illə müqayisədə 5 milyon manat çox vəsaitin daxil olması gözlənilir. Çox güman ki, artıq proqnozlaşdırılan 5 milyon manat ali təhsil sistemində ödənişli təhsil üzrə plan yerlərinin artması və ödəniş məbləğinin artımı hesabına təmin ediləcək”, – deyə iqtisadçı söyləyib.

Onun sözlərinə görə, proqnozlaşdırılan 5 milyon manat büdcə üçün böyük gəlir mənbəyi hesab olunmur. “Övladının alı məktəbdə təhsil almaq arzusunu reallaşdırmaq istəyində olan valideynlərin böyük əksəriyyətinin məcburiyyət qarşısında ödədiyi bu vəsait ailə büdcəsinin strukturunda ciddi dəyişikliklərə gətirib çıxaracaq və borc yükünü kəskin artıracaq. Bu vəziyyətdən çıxış üçün təhsil vauçerləri, qrantlar, kreditlərlə təhsil alma yolları ilə maliyyələşmə mənbələrini şaxələndirmək təklif oluna bilər. Bununla yanaşı, ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmənin əhatə dairəsi də genişlənməlidir”.

Ekspert hesab edir ki, təhsil haqlarının artımı hesabına əldə edilən əlavə vəsait əsasən əmək haqlarında maddiləşməli və ali məktəb müəllimlərinə yüksək məvacib verilməlidir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73919

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930