ABŞ-ın həftəlik xam neft ehtiyatları 2,5 milyon barrel artıb

25.08.2016 - 13:21

neft2ABŞ-ın həftəlik xam neft ehtiyatları 2,5 milyon barrel artıb.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə xam neft ehtiyatları keçən həftə əvvəlki həftəyə görə 2,5 milyon barrel (0,5 faiz) artaraq 523,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 0,5 milyon barrel azalacağı istiqamətində idi. Daha əvvəlki həftə ölkənin xam neft ehtiyatları 2,5 milyon barrel azalmışdı.

ABŞ-da strateji neft anbarlarının ehtiyatları isə dəyişməyərək ötən həftədə də 695,1 milyon barrel olub.

Keçən həftə ölkədə xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 49 min barrel azalaraq 8,55 milyon barrelə düşüb. ABŞ-ın xam neft idxalı ötən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 449 min barrel artaraq 8,64 milyon barrelə çatıb.

ABŞ-ın həftəlik benzin ehtiyatları da keçən həftə 0,04 milyon barrel artaraq 232,7 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,17 milyon barrel azalacağı istiqamətində idi. Daha əvvəlki həftədə ölkənin benzin ehtiyatları 2,72 milyon barrel azalmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930