Dolların aqibəti bəlli olur: Gözlər ABŞ-da

26.08.2016 - 15:44
dollar4Azərbaycan manatı FED-in qərərından təsirləncəcək

ABŞ Mərkəzi Bankında – Federal Ehtiyat Sistemində (ingiliscə qısa adı – FED) faiz artımını dəstəkləyənlərin sayı artır.
Cumhuriyyet.az azadlıq.org-a istinadən xəbər veriri ki, FES-in Kanzas-Siti şöbəsinin rəhbəri Esther George ABŞ-ın CNBC kanalına açıqlamasında son iki ayda məşğulluqdakı artıma diqqət çəkib. O, ABŞ iqtisadiyyatında əməkhaqqı artımının ola biləcəyini, bunun da istehlakı artıracağını vurğulayıb. Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququ olan E.George iqtisadiyyatın bu ilin ilk yarısında ləng böyüdüyünü, ancaq istehlakda mümkün artımla ikinci yarımildə böyümənin baş verəcəyini bildirib. Onun fikrincə, ikinci yarımildə ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma gətirəcək: «Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli yüksəldilməsinin tərəfdarıyam. Amma bundan ötrü məşğulluğun daha da artması və inflyasiyanın sabit qalması vacibdir».
FED-in Dallas şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayıb. O, tələbatın artması sayəsində bu ilin ikinci yarısında ABŞ-da ÜDM-nin yüksələcəyini bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R.Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.
Hazırda isə bütün diqqət FED sədri Janet Yellen-in avqustun 26-da ABŞ-ın Vayominq ştatında İqtisadiyyat Siyasəti Simpoziumunda edəcəyi çıxışa yönəlib. Onun bir sonrakı faiz artımının vaxtına işarə edəcəyi gözlənir. FED ən son keçən ilin dekabrında uçot dərəcəsini artırdı. Bundan bir neçə gün sonra manat dollara qarşı il ərzində ikinci dəfə dəyər itirdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74245

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930